baş qərargah
baş örtüyü
OBASTAN VİKİ
Baş Nazir
Baş nazir — hökumətin başçısı. Bir sıra ölkələrdə bu dövlət postu praym-ministr adlanır. (Fransızca-le premier—birinci) — birinci, baş nazir. Dövlət başçısı postunun hökumət başçısı postundan ayrı olduğu ölkələrdə hökumət başçısı. Bəzi ölkələrdə baş nazir birbaşa parlament seçkilərində seçilir, bəzilərində dövlət başçısının təqdimatı ilə parlament təsiq edir. Bəzilərində parlamentin təqdimatı ilə dövlət başçısı təsdiq edir.Dualist və parlamentli respublikalarda icra hakimiyyətini Baş nazir həyata keçirir,prezident formal xarakter daşıyır. Türkiyə, Böyük Britaniya, Fransada Baş nazir, Rusiya Federasiyasında hökumətin sədri; Latviyada — nazirlərin prezidenti; Almaniya və Avstriyada — kansler; Bolqarıstanda — nazir - sədr adlanır. == Tarixi == Baş nazir vəzifəsi ilk dəfə XVI — XVII əsrlərdə Qərbi Avropa ölkələrində təsis edilib. Fransada XVI—XVII əsrlərdə baş dövlət naziri vəzifəsi var idi. Türk dövlətlərində müvafiq olaraq vəzir və baş vəzir vəzifələri var idi.
Səbuhi Məmmədov (Baş Nazir)
Səbuhi Hidayət oğlu Məmmədov (1 may 1969, İbadulla, İliç rayonu) — Naxçıvan Muxtar Respublikasının Baş naziri. == Həyatı == Səbuhi Hidayət oğlu Məmmədov 1 may 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun İbadulla kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının İqtisad fakültəsini "mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili" ixtisası üzrə bitirmişdir. Akademiyanın dissertantı olmuşdur. Maliyyə üzrə iqtisadçıdır. Fransa Mərkəzi Bankının Bank-Maliyyə İnstitutunda Mühasibat Uçotu və Büdcənin İdarə Edilməsi, Almaniya Mərkəzi Bankında Pul Siyasəti və Nağd Pulların İdarə Olunması, Avstriya Mərkəzi Bankında Pul Vəsaitlərinin Uçotu və İdarəetmə mövzusunda uzunmüddətli kurs və seminarlarda iştirak edərək müvafiq sertifikatlar almışdır. Bir sıra beynəlxalq maliyyə və bank qurumlarında təcrübə mübadiləsi və xüsusi təlimlərdə iştirak etmişdir. Ailəlidir, 4 övladı var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Aqrar-Sənaye Bankının Şərur rayon şöbəsində mütəxəssis olaraq başlayıb, ötən dövr ərzində baş mütəxəssis, şöbə rəisi, Birləşmiş Universal Səhmdar Bankının Şərur rayon filialının müdiri, Aqrarkredit Səhmdar Kredit Təşkilatının Naxçıvan Muxtar Respublika filialının müdiri, Kapital Bank Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin rəisi vəzifələrində işləyib. 2007-ci ilin yanvar ayından 2017-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsində çalışıb.
Nazir
Nazir — Kişi adı. Nazir Əhmədli — Kimya elmləri namizədi.
Nazir (hökumət)
Nazir — hökumət üzvü, nazirlik rəhbəri. Nazirlər dövlət xadimi hesab edilir. == Statusları == Bir sıra ölkələrdə nazirlər xüsusi kateqoriyalara bölünürlər. Məsələn, Böyük Britaniyada: Sahə nazirliklərinə rəhbərlik edən nazirlər; Xüsusi tapşırıqlar yerinə yetirən nazirlər (portfelsiz nazirlər); Nazir müavinləri hesab edilən dövlət nazirləri; Nazirliklərin parlamentlə əlaqələrinə cavabdeh olan kiçik nazirlər.
Nazir -prezident
Baş nazir — hökumətin başçısı. Bir sıra ölkələrdə bu dövlət postu praym-ministr adlanır. (Fransızca-le premier—birinci) — birinci, baş nazir. Dövlət başçısı postunun hökumət başçısı postundan ayrı olduğu ölkələrdə hökumət başçısı. Bəzi ölkələrdə baş nazir birbaşa parlament seçkilərində seçilir, bəzilərində dövlət başçısının təqdimatı ilə parlament təsiq edir. Bəzilərində parlamentin təqdimatı ilə dövlət başçısı təsdiq edir.Dualist və parlamentli respublikalarda icra hakimiyyətini Baş nazir həyata keçirir,prezident formal xarakter daşıyır. Türkiyə, Böyük Britaniya, Fransada Baş nazir, Rusiya Federasiyasında hökumətin sədri; Latviyada — nazirlərin prezidenti; Almaniya və Avstriyada — kansler; Bolqarıstanda — nazir - sədr adlanır. == Tarixi == Baş nazir vəzifəsi ilk dəfə XVI — XVII əsrlərdə Qərbi Avropa ölkələrində təsis edilib. Fransada XVI—XVII əsrlərdə baş dövlət naziri vəzifəsi var idi. Türk dövlətlərində müvafiq olaraq vəzir və baş vəzir vəzifələri var idi.
Nazir Allahverdiyev
Nazir Xasay oğlu Allahverdiyev (20 aprel 2001, Çullu, Ağdam rayonu – 24 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nazir Allahverdiyev 2001-ci il aprelin 20-də Ağdam rayonunun Çullu kəndində anadan olub. Onun qardaşı — Tacir Allahverdiyev də İkinci Qarabağ müharibəsində şəhid olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Nazir Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nazir Allahverdiyev oktyabrın 24-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağdam rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazir Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazir Allahverdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Nazir Allahverdiyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.
Nazir Kərimov
Nazir Qibləli oğlu Kərimov (21 dekabr 1928, Yusiflər, Zəngilan rayonu – 7 iyun 2011, Bakı) — Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi. == Həyatı == 21 dekabr 1928-ci ildə Zəngilan rayonunun Yusiflər kəndində anadan olmuşdur.1952-1956-cı illərdə Zəngilan Rayon Komsomol Komitəsinin birinci katibi, Zəngilan Rayon Partiya Komitəsində təlimatcı ,təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1956-1960-cı illərdə Bakı Ali Partiya Məktəbinin müdavımı olmuşdur. 1960-1979-cu illərdə Zəngilan Rayon Partiya Komitəsinin ikinci katibi, Rayon Zəhmətkeş Deputatları Soveti Icraiyyə Komitəsinin sədri və 11 ildən çox Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır. O, səkkizinci və doqquzuncu çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir. Etimadların davamı olaraq N.Kərimov 1971-ci ildə "Oktyabr İnqilabı", 1973-cü ildə "Qırmızı əmək Bayrağı", 1976- cı ildə ikinci "Qırmızı əmək Bayrağı" ordenləri ilə təltif edilmişdir. 7 iyun 2011-ci ildə Bakı şəhərində vəfat etmışdir.
Nazir Rüstəmov
Nazir Mürsəl oğlu Rüstəmov (12 aprel 1956, Ağcabədi) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2017). == Həyatı == Nazir Mürsəl oğlu Rüstəmov 12 aprel 1956-cı ildə Ağcabədidə anadan olub. İncəsənət İnstitutunun dram-kino rejissorluğu fakültəsində (1976-1980), Moskvada rejissorluq kurslarında təhsil alıb (1990-1991). 1982-1994-cü illərdə Ağdam Dövlət Dram Teatrında aktyor, rejissor, daha sonra isə bədii rəhbər vəzifəsində işləmişdir. Müxtəlif illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Füzuli Dövlət Dram Teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Dərbənd Dram Teatrında və Ukraynanın Donetsk Dövlət Dram Teatrında aktyor və rejissor olaraq fəaliyyət göstərmişdir. 2003-cü ildən Şuşa Dövlət Musiqili Dram Teatrında ikinci dərəcəli quruluşçu rejissor vəzifəsində çalışır. İşlədiyi müddətdə Sarı Zakir («Şuşa dağlarını duman bürüyüb», Elçin), Həmzə bəy («Dağılan tifaq», Əbdürrəhim bəy Haqverdiyev), Fətəli şah («Güllələnmiş heykəllərin fəryadı», Hüseynbala Mirələmov), Həsənzadə («Sən həmişə mənimləsən», İlyas Əfəndiyev), Yan («Anlaşılmazlıq», A.Kamyu). kimi xarakterik və yaddaqalan rollar da ifa etmişdir. Quruluş verdiyi tamaşalar: «Kamança» Cəlil Məmmədquluzadə, «Güllələnmiş heykəllərin fəryadı» Hüseynbala Mirələmov, «Sən həmişə mənimləsən», İlyas Əfəndiyev, «Təklif» Anton Çexov, «Durna» Səid Rüstəmov və Süleyman Rüstəm, «Meymunun dəfni» Nurəddin Qənbər, «Anlaşılmazlıq», A.Kamyu. 2005-ci ildə hazırladığı və Vasili Vasilyeviç Svetlovidov rolununda çıxış etdiyi Anton Pavloviç Çexovun «Qu quşunun nəğməsi» tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi «Boş məkanın dolğunluğu» teatr festivalında «Bədii əsərin ən yaxşı səhnə təcəssümü» nominasiyasında diplomla təltif edilmişdir.
Nazir Xurşudov
Nazir Müxənnət oğlu Xurşudov (1 fevral 1985; Xaçmaz rayonu, Azərbaycan SSR — 21 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nazir Xurşudov 1985-ci il fevralın 1-də Xaçmaz rayonunun Çaykənarı kəndində anadan olub. Ailəli idi. 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Nazir Xurşudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nazir Xurşudov oktyabrın 21-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Xaçmaz rayonunun Çaykənarı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazir Xurşudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazir Xurşudov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Nazir Xurşudov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nazir Əhmədli
Nazir Əhmədli (Nazir Surxay oğlu Əhmədli; d. 27 yanvar 1961. Gabud, Dərələyəz mahalı) — Azərbaycan jurnalisti, tənqidçi və tədqiqatçı-yazıçı; Kimya üzrə fəlsəfə doktoru (1990). == Həyatı == Nazir Əhmədli 27 yanvar 1961-ci ildə Dərələyəz mahalının Gabud kəndində müəllim ailəsində anadan olub. === Ailəsi === Atası Surxay Əhmədin 2009-cu ildə "Yada düşənlər" adlı şeirlər kitabı çap olunub. == Təhsili == 1976-cı ildə Gabud kənd səkkizillik məktəbini, 1978-ci ildə isə qonşu Gomur kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1979-1984-cü illərdə Naxçıvan Dövlət Universitetinin kimya-biologiya fakültəsində təhsil almışdır. Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Fakültə Əlaçılar Şurasının və Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur. Respublika tələbələrinin VIII, IX və X Respublika Tələbə Elmi Cəmiyyəti Konfranslarının iştirakçısı və diplomantı olmuşdur.
Nazir Əkbərabadi
Nazir Əkbərabadi (30 yanvar 1735, Dehli – 16 avqust 1830, Aqra) — Hindistan şairi. == Həyatı == Nazir Əkbərabadi Mir, Sauda və digərlərinin müasiri olan bir şairdir.
Nazir Əliyev
Nazir Kərim oğlu Əliyev (29 mart 1946, Lənkəran rayonu – 28 avqust 1997, Dubay) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyatı == N.Kərim oğlu Əliyev 29 mart 1946-cı ildə Port-İliç şəhərində dünyaya gəlmişdir. 1964-cü ildə orta məktəbi bitirdikdən sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakultəsinə professor Rza Təhmasibin kursuna daxil olur. 1968-ci ildə institutu bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrına işləməyə təyin olunur. Bu teatrda M.F.Axundovun "Müsyo Jordan və Dərviş məstəli şah" komediyası göstərilirdi. N.Əliyev Qulaməli rolunu ifa etmişdir.Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Samuel, C.Cabbarlının "Sevil" pyesinin tamaşasında Babakişi rolunda çıxış edib. A.Papayanın "Bəli, dünya dəyişib" komediyasında Sərdar Sərdaroviç rollunda oynayıb. 1970-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təyinatı ilə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına aktyor təyin olunur.Naxçıvan teatrında iyirmidən artıq müxtəlif tamaşalarda rollar oynamışdır. O cümlədən rejisyor N.Sadıqzadənin hazırladığı İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşasında Savalan, S.Mixalkovun "Vəhşilər" tamaşa- sında Stepa. B.Vahabzadənin "Yağışdan sonra" əsərində Rüstəm, H.Razinin " Arxalı dağlar" əsərində Ayı Səftər, Ə.Yusiflinin " Qara kağıza muştuluq" əsərində Heybət, M.Tarıverdiyevin " Qəmküsər" faciəsində Əliqulu Qəmküsər rollarını oynamışdır.
Nazir Əsədov
Nazir Əsədov (Nazir Nəbi oğlu Əsədov; d. 9.04.1950,Qovuşuq kəndi, Dərələyəz rayonu — v.10.06.2014) — elm xadimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dosenti, Tarix fakültəsinin dekanı. == Həyatı == 1950-ci ildə Ermənistanda müəllim ailəsində anadan olmuşdur. 1968-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olmuşdur. == Əmək fəaliyyəti == 1972-ci ildə ADPU-nun Azərbaycan tarixi kafedrasında müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "Azərbaycan tarixi" kafedrasında dosent, tarix fakültəsində dekan əvəzi vəzifəsində çalışıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən F. D.02.061 Dissertasiya Şurasının üzvü. === Elmi dərəcə və elmi adları === 1983-cü ildə "İnkişaf etmiş sosializm dövründə Azərbaycan SSSR-nin Gürcüstan və Ermənistan SSR-ləri ilə iqtisadi əməkdaşlıq" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır. "Yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə" 2006-cı ildə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olmuşdur. === Tədqiqat sahəsi === Dərs vəsaiti, metodik vəsait, proqram və məqalələrin müəllifidir == Seçilmiş əsərləri == Zaqafqaziya sənaye işçilərinin iqtisadi əməkdaşlığına dair (1966–1971-ci illərdə)//Azər.ali məktəb aspirantlarının I respublika elmi konfransının tezisləri. B., 1978, 0,2 ç.v Azərbaycan SSR-in Gürcüstan və Ermənistan SSR kənd əməkçiləri ilə iqtisadi əməkdaşlıq tarixindən (1966–1970-ci illər)//Azər.ali məktəb aspirantlarının II respublika elmi konfransının tezisləri.
Nazir Rəhimov
Nazir Rəhimov (6 avqust 1951, Bakı) — boks üzrə SSRİ idman ustası, Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) və Avropa Həvəskar Boks Assosiasiyasının (EABA) beynəlxalq dərəcəli hakimi, Milli Olimpiya Komitəsi İdman İdarəsinin baş məsləhətçisi. == Həyatı == Nazir Rəhimov 6 avqust 1951-ci ildə Bakı şəhərində anadan olub. Yasamal (keçmiş Oktyabr rayonu) rayonu, 199 nömrəli tam orta məktəbinin 7-ci sinfini bitirdikdən sonra yaşayış yerinin dəyişməsi ilə əlaqədar 8–10-cu sinifləri Binəqədi (keçmiş Kirov) rayonu, Biləcəri qəsəbəsində yerləşən 297 (keçmiş 2 nömrəli) nömrəli tam orta məktəbdə davam etdirib. 1969-cu ildə orta məktəbi bitirib.1970–72-ci illərdə həqiqi hərbi xidmətdə olub. 1973-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub və 1977-ci ildə həmin Akademiyanın pedoqoji fakültəsini əla qiymətlərlə bitirib. === Ailəsi === Ailəlidir. 2 oğlu, 1 qızı, 3 nəvəsi var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 14 fevral 1964-cü ildən akrobatika və boks idman növləri ilə məşğul olub. Hər iki idman növündə respublika və şəhər birinciliklərinin qalibi və mükafatçısı olub. 1973-cü ildə Qırğızıstanın Frunze şəhərində keçirilən "Spartak" İdman Cəmiyyətinin Mərkəzi Şurasının çempionatında 3 görüşdə qalib gəlib yarımfinala çıxmış və bürünc medal qazanaraq SSRİ idman ustası normasını yerinə yetirib.
Abbas ağa Nazir
Qayıbzadə Abbas ağa Mirzə Nəbi əfəndi oğlu (9 (21) oktyabr 1849, Salahlı, Yelizavetpol qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 30 dekabr 1919, Qazax, Qazax qəzası, Gəncə quberniyası, AXC) — şair, tərcüməçi və maarif xadimi. == Həyatı == Abbas ağa Nazir 1849-cu il 9 oktyabrda Qazax qəzasının Salahlı kəndində maarifçi ailəsində doğulmuşdur. Atası Mirzə Nəbi əfəndi Qayıbov (1810–1869) dövrünün görkəmli maarifçi-şairi idi. "Bəyani-hal" poemasında klassik şair Molla Vəli Vidadinin qız nəvəsi olduğu nəzmə çəkilmişdir. İlk təhsilini məşhur din alimi, əmisi oğlu Mirzə Hüseyn Əfəndi Qayıbzadədən (1830–1917) almışdır. On dörd yaşına kimi kənd məktəbində oxumuş, Zaqafqaziya müftisi Osman əfəndi Məhəmməd ağa oğlu Vidadovun (M. V. Vidadinin nəvəsi) məsləhəti və köməyi ilə Tiflisdəki "Məvariyi-Qafqaz ruhani idarəsi"nin nəzdində açılmış altı sinifli (üç illik) məktəbə daxil olmuşdur. Üç illik təhsilini bitirdikdən sonra doğma kəndi Salahlıya qayıtmış, 1873-cü ilə qədər müəllimlik etmişdir. Sonra Tiflisə dəvət olunmuş, Zaqafqaziya ruhani idarəsində baş katib köməkçisi, baş katib vəzifəsində otuz beş il işləmişdir. 1910-cu ildən Tiflisdən doğma kəndi Salahlıya qayıdıb məktəbdarlıqla məşğul olmuşdur. Əbülqasım Firdovsinin "Şahnamə"sindən "Rüstəm və Söhrab" dastanını Cəlil Məmmədquluzadənin məsləhətilə orijinaldan tərcümə edib "Qeyrət" mətbəəsində məşhur rəssam İzof Rotterin rəngli şəkillərilə, nəfis tərtibatla nəşr etdirmişdir (1908).
Anar Kərimov (nazir)
Anar Qabil oğlu Kərimov (3 iyun 1977, Füzuli rayonu) — Azərbaycan Respublikasının sabiq mədəniyyət naziri (2021–2022), Azərbaycanın UNESCO yanında sabiq daimi nümayəndəsi (2014–2020). == Həyatı == Anar Kərimov 1977-ci il iyunun 3-də Füzuli rayonunda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak etmişdir.Rus, ingilis və fransız dillərini bilir. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Anar Kərimov diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin insan haqları, demokratikləşmə və humanitar məsələlər idarəsində attaşe, üçüncü katib kimi başlamışdır. 2004–2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləmişdir. 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışmışdır. 2010–2014-cü illərdə isə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində işləmişdir.23 may 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilmiş və o, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilmişdir.Anar Kərimova 9 iyul 2019-cu ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir.
Arif Heydərov (nazir)
Arif Nəzər oğlu Heydərov (28 iyun 1926, Ağdaş – 29 iyun 1978, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR daxili i̇şlər naziri (1970–1978), Azərbaycan SSR Ali Sovetinin deputatı, daxili xidmət general-leytenantı (1976). == Həyatı == Arif Nəzər oğlu Heydərov 1926-cı ilin 28 iyununda Ağdaş şəhərində Nəzər Heydərovun ailəsində dünyaya gəlib. Əslən Qubadlı rayonunun Gürcülü kəndindəndir. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə 1942-ci ildə başlayıb, Əzizbəyov neft trestində çilingər işləyib. 1943-cü ildə Moskvaya xüsusi təhsil məktəbinə oxumağa göndərilib. 1944–1945-ci illərdə İkinci Dünya müharibəsinin iştirakçısı olub, Berlinə hücum əməliyyatında iştirak edib. 1945–1947-ci illərdə Polşada və Almaniyada müttəfiqlərin qoşunlarının heyətində xidmət keçib. 1949–1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləyib. Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə gedib və uzun müddət Almaniya Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışıb.
Arif Məmmədov (nazir)
Arif Hüseynqulu oğlu Məmmədov (2 noyabr 1929, Şahtaxtı, Naxçıvan MSSR – dekabr 1989, Bakı) — dövlət xadimi, Azərbaycan SSR Ət-süd sənayesi naziri (1971–1985), Azərbaycan SSR Ali Sovetinin deputatı (1975–1989), Azərbaycan SSR əməkdar mühəndisi (1981). == Fəaliyyəti == Arif Hüseynqulu oğlu Məmmədov 2 noyabr 1929-cu ildə Naxçıvan MSSR-in indiki Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuşdur və 1989-ci ildə Bakıda vəfat etmişdir. Fəxri xiyabanda dəfn edilib. Naxçıvan Kənd təsərrüfatı texnikumunu (1949) və Moskva Ət-Süd sənayesi institunu (1954) bitirmişdir. Azərbaycan SSR Əməkdar mühəndisidir (1981). Naxçıvan vilayət Ət tədarükü idarəsinin rəisi (1961–1962), Naxçıvan Ət kombinatının direktoru (1962–1963), Azərbaycan SSR Xalq təsərrüfatı Şürasının Ət-süd sənayesi idarəsinin rəis müavini (1963–1965), Azərbaycan SSR Ət-süd sənayesi nazirinin müavini (1965–1968) vəzifələrində işləmişdir. Qırmızı Əmək Bayrağı ordenli Bakı Ət kombinatının direktoru (1968–1971), Azərbaycan SSR Ət-süd sənayesi naziri (1971–1985), Azərbaycan SSR dövlət Aqrar-sənaye komitəsi sədrinin müavini (1985–1987) olmuşdur. Arif Məmmədov iki dəfə "Qırmızı Əmək Bayrağı", Xalqlar Dostluğu ordenləri və Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif olunmuşdur. 1975-ci, 1980-ci, 1985-ci illərdə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. == Mənbə == Şahtaxtı Xeyriyyə Cəmiyyəti.
Aydın Məmmədov (nazir)
Aydın İsrafil oğlu Məmmədov (22 mart 1939, Astara – 12 dekabr 2001) — Azərbaycan dövlət xadimi, general-mayor, Azərbaycan SSR daxili işlər naziri (1987–1990). == Həyatı == Aydın Məmmədov 22 mart 1939-cu ildə Astara şəhərində anadan olmuşdur. 1956-cı ildə Bakı Dənizçilik Məktəbini, 1970-ci ildə Odessa Dəniz Donanması İnstitutunu bitirmişdir, 1983-cü ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir.1956–1960-cı illərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin "Qəhrəman Mehdi" gəmisində matros, 1965–1969-cu illərdə Bakı Dənizçilik Məktəbi rəisinin siyasi işlər üzrə müavini vəzifələrində çalışmışdır.Ailəli və 2 övladı olmuşdur. == Siyasi fəaliyyəti == Aydın Məmmədov 1960-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Aydın Məmmədov 1960-cı ildən Bakı şəhər 26 Bakı Komissarı Rayon Komsomol Komitəsinin təlimatçısı, 1960–1963-cü illərdə Bakı Dənizçilik Məktəbi Komsomol Komitəsinin katibi, 1963–1965-ci illərdə Dəniz Gəmiçiliyi Komsomol Komitəsinin katibi vəzifələrində çalışmışdır.Aydın Məmmədov 1969–1971-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi Partiya Komitəsi katibinin müavini, 1971–1978-ci illərdə Xəzər Hövzə Dəniz və Çay Donanması İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri, 1978–1980-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi Partiya Komitəsinin katibi, 1980–1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəqliyyat və rabitə şöbəsinin müdiri olmuşdur.Aydın Məmmədov 1987–1990-cı illərdə Azərbaycan SSR daxili işlər naziri vəzifəsində işləmişdir. Aydın Məmmədov 26 iyul 1981-ci il tarixində 337 nömrəli Küçəkənd seçki dairəsi üzrə Azərbaycan SSR Ali Sovetinin X çağırış, 1985-ci ildə isə 195 nömrəli Pensər seçki dairəsi üzrə XI çağırış deputatı seçilmişdir. 1990–1992-ci illərdə ildən Bakı Dəniz Limanının rəisi, 1992-ci ildən isə Bakı Beynəlxalq Dəniz Limanının baş direktoru olmuşdur. == Təltifləri == "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir.
Fazil Məmmədov (nazir)
Fazil Məmmədov (28 mart 1964, Şamaxı – 4 noyabr 2022, İstanbul) — Azərbaycan Respublikasının ilk vergilər naziri (2000–2017), I dərəcəli dövlət vergi xidməti müşaviri, Azərbaycan Otüstü Hokkey Federasiyasının prezidenti (2001–2015), Azərbaycan Güləş Federasiyasının prezidenti (2007–2018), Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti (2011–2021). == Həyatı == Məmmədov Fazil Əsəd oğlu 28 mart 1964-cü ildə Şamaxı rayonunda məmur ailəsində anadan olmuşdur. 1980-ci ildə Şamaxı rayonu Cəmo Cəbrayılbəyli adına 5 nömrəli orta məktəbi nümunəvi davranış və əla qiymətlərlə bitirmişdir. 1980-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Maliyyə və kredit" ixtisasına daxil olmuş, 1985-ci ildə məzun olmuşdur. 1985–1987-ci illərdə Ukraynada hərbi xidmətdə olmuşdur. Hərbi xidmət keçdiyi dövrdə "Hərbi xidmətdə fərqlənməyə görə" döş nişanı ilə təltif olunmuşdur.Çernobıl faciəsi veteranıdır. 1986-cı ildə Kiyev yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında könüllü olaraq iştirak etmişdir. Burada vacib dövlət tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi yüksək şücaət və fədakarlığa görə Ukrayna Çernobıl Birliyi tərəfindən "Çernobıl Xaçı: Cəsarətli, Şərəfli, Humanist" ordeni ilə təltif olunmuşdur.2022-ci il noyabr ayının 4-də Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada böyrək çatışmazlığından vəfat etmişdir. 5 noyabr 2022-ci ildə Yasamal qəbiristanlığında dəfn olunmuşdur.Ailəlidir, 3 övladı var. == Fəaliyyəti == 1987–1989-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışmışdır.
Həsən Seyidov (nazir)
Həsən Əli oğlu Seyidov (İrəvan – 8 iyun 1999, Bakı) — ictimai xadim, elmlər doktoru, professor, əməkdar elm xadimi, D. İ. Mendeleyev adına Kimyaçılar Cəmiyyətinin bölmə sədri, görkəmli elm və dövlət xadimi. == Həyatı == Həsən Əli oğlu Seyidov 1910-cu ildə İrəvan şəhərində tacir ailəsində anadan olmuşdur. Bəzi mənbələrdə isə doğum tarixi 1908-ci il kimi göstərilmişdir. Doğum haqqında şəhadətnaməsində isə səhvən 1906-cı il olaraq qeyd edilmişdir. Həsən Seyidov əslən Qəmərlinin Seyidzadələr nəslindəndirHəsən Seyidov 1918-ci ildə İrəvanın Körpübulaq məhəlləsində birinci sinfə getmiş, ermənilərin azərbaycanlılara qarşı qırğın törətdiyi dövrlərdə yaranmış vəziyyətlə əlaqədar olaraq ailəsi ilə birlikdə İğdıra, Kağızmana, sonra Qarsa isə gəlmişdir. Atası Qarsda sətəlcəm xəstəliyinə tutularaq orada vəfat etmişdir. Bundan sonra Həsən Seyidov əmisinin himayəsi əvvəlcə Tiflisə sonra isə Gəncəyə gəlmişdir. 1921-ci ildə yenidən Tiflisə qayıdaraq buradakı beşillik Əncümən məktəbində oxumuşdur.İlk əmək fəaliyyətinə 1925-ci ildə (19 yaşında) Bakı şəhərində, H. Z. Tağıyevin toxuculuq fabrikində başlamışdır. 1928-ci ildə Gəncə (Kirovabad) şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1931-ci ildə oranı bitirərək aqronom ixtisasına yiyələnmişdir. 1931-ci ildə Oğuz rayon torpaq şöbəsində aqronom, 1931–34-cü illərdə Moskva Ümumittifaq Elmi-Tədqiqat Gübrə və Aqrotorpaqşünaslıq İnstitutunun aspirantı olmuşdur.
Mahmud Əliyev (nazir)
Mahmud İsmayıl oğlu Əliyev (22 fevral 1908, Şamaxı – 24 sentyabr 1958, Bakı) — Azərbaycan-sovet həkimi və dövlət xadimi, Azərbaycan SSR xarici işlər naziri (1944–1958), Azərbaycan SSR səhiyyə naziri (1950–1953), Azərbaycan Tibb İnstitutunun (1938–1943) və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun (1953–1958) direktoru işləmişdir. == Həyatı == Mahmud Əliyev 1908‐ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. O, 1926‐cı ildə Bakıda orta məktəbi, 1931‐ci ildə isə Azərbaycan Tibb İnstitutunun müalicə fakültəsini bitirmiş, gənc həkim kimi hökumət tərəfindən əlaçılar sırasında Azərbaycan rayonlarına işə göndərilmişdir. 1931‐1936‐cı illərdə Kəlbəcər və Cəbrayıl rayonlarında poliklinika müdiri, rayon xəstəxanasının baş həkimi, rayon səhiyyə şöbəsinin müdiri və s. vəzifələrdə çalışmış və özünü bacarıqlı həkim, səhiyyə təşkilatçısı kimi göstərmişdir. Cəbrayıl rayonunda dörd il işlədiyi müddətdə Rayon İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü olmuşdur. 1932‐ci ildə Azərbaycan Dövlət Siyasi İdarəsi sərhəd qoşunlarının birində həkim işləmişdir. 1936‐cı ildə Xalq Səhiyyə Komissarlığının qərarı ilə elmi iş üçün rayondan çağırılmışdır. 1936‐1938‐ci illərdə Azərbaycan Tibb İnstitutunun aspiranturasında oxumuş, Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı tibbi təhsil, elm və ali məktəb idarəsinin rəisi, Bakı səhiyyə şöbəsinin müdiri olmuşdur. 1937‐ci ildə Naxçıvan MSSR Naxçıvan rayonundan SSRİ Ali Sovetinə keçirilən ilk seçkilərdə İttifaq Sovetinə deputat seçilmişdir.
Mirzə Məmmədov (nazir)
Mirzə Rəhim oğlu Məmmədov (1909, Lənkəran qəzası – 5 may 1973, Bakı) — Azərbaycan SSR-nin Maarif naziri (1954–1959). == Həyatı == Mirzə Rəhim oğlu Məmmədov 1909-cu ildə Lerik rayonunun Siodi (indiki Siyov) kəndində anadan olmuşdur. 1917-ci ildə ailəvi Bakıya köçüb, 1918-ci ilin ağır mart hadisələrinə görə kəndə qayıdıblar. Ata-anası vəfat edəndən sonra 1919-cu ilə yenidən Bakıya, Sabunçu qəsəbəsində yaşayan böyük qardaşı Nurunun yanına qayıdıb. 1922-ci ildə Bakıdakı 1 nömrəli uşaq evinə düşüb. 1925-ci ildə komsomol sıralarına qəbul edilmişdir. 1926-cı ildə Bakı Şəhəri Xalq Maarifi Şöbəsinin tövsiyəsi ilə 2 nömrəli uşaq evinə pioner baş dəstə rəhbəri göndərilib. 1929-cu ildə Moskvadakı N. K. Krupskaya adına Kommunist Tərbiyəsi Akademiyasına daxil olmuşdur. Orada Sov. İKP sıralarına qəbul edilib.
Müslüm Məmmədov (nazir)
Müslüm Rəcəb oğlu Məmmədov (1931, Lahıc – 1999, Bakı) — Bakı Şəhər Nəsimi Rayon PK‑nın birinci katibi, Azərbaycan SSR xalq təhsili naziri (1988–1989). == Həyatı == Müslüm Məmmədov 1931‑ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 1949‑cu ildə ADU‑nun tarix fakültəsinə daxil olub. 1950‑ci ildə MDU‑ya köçürülüb. 1954‑cü ildə Mixail Vasilyeviç Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Müslüm Məmmədov Astraxan bazarda (indiki Cəlilabad) əmək fəaliyyətinə başlayıb, müəllim, rayon xalq maarifi şöbəsinin inspektoru (1957–1958), Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı (1960–1962), Azərbaycan KP MK‑nın təbliğat və təşviqat şöbəsinin mühazirəçisi, mühazirəçilər qrupunun rəhbəri (1962–1963) vəzifələrində çalışıb. 1963‑cü ildə Sovet İttifaqı KP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasına daxil olub. 1966‑cı ildə tarix elmləri namizədi alimlik dərəcəsi alıb. 1966–1969‑cu illərdə Azərbaycan KP MK Aparatında işləyib, Bakı Şəhər Nəsimi Rayon PK‑nın birinci katibi (1969–1975), Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda partiya tarixi kafedrasında baş müəllim, dosent, kafedra müdiri əvəzi (1976–1988) işləyib. "Qırmızı Əmək Bayrağı" ordeni və medalla təltif olunub.
Məmmədəli Abbasov (nazir)
Məmmədəli Məmməd oğlu Abbasov (7 yanvar 1907, Vladiqafqaz – 22 noyabr 2000, Bakı) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan SSR tikinti naziri (1962–1967) və Azərbaycan SSR sənaye tikintisi naziri (1967–1969). == Həyatı == Məmmədəli Məmməd oğlu Abbasov 7 yanvar 1907-ci ildə Orconikidze (hazırkı Vladiqafqaz) şəhərində anadan olmuşdur. Əslən Naxçıvandandır. 1924–1929-cu ildə Leninqrad Dəmiryol İnstitutunun dəmiryol-inşaat fakültəsində təhsil almışdır.Məmmədəli Abbasov 1930–1931-ci illərdə Bakı və Kirovabad şəhərlərində Azərbaycan Baş Su Qurğuları Tikintisi İdarəsinin baş sahə mühəndisi olmuşdur. 1932–1934-cü illərdə Sovet Ordusunda xidmət etmiş, 1935–1945-ci illərdə Bakı şəhərinin müxtəlif tikinti təşkilatlarında mühəndis işləmişdir. O, burada yol mühəndisi, yerli yollar inspektoru, sahə rəisi, sonra isə Bakı tikinti trestinin baş mühəndisinin müavini vəzifəsində çalışmışdır.1937-ci ildə Azərbaycanın həmin dövrdəki ən böyük istilik elektrik stansiyası olan Sumqayıt İES-in tikintisinə başlanılarkən Məmmədəli Abbasov tikinti işlərinin baş mühəndisi təyin edilmişdir. Böyük Vətən müharibəsi illərində "Azərneft" neft kombinatı sistemində bir sıra məsul vəzifələrdə işləmişdir. 1946-cı ildən 1950-ci ilədək SSRİ Neft Sənayesi Nazirliyində Əsaslı Tikinti İdarəsinin rəisi və baş idarənin rəisi olmuşdur. 1951-ci ildən Azərbaycan Dəniz Neft Birliyi rəisinin müavini, 1957-ci ildən isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının əsaslı tikinti şöbəsinin rəisi vəzifələrində işləmişdir. 1962-ci ildən Azərbaycan SSR tikinti naziri olmuşdur.Məmmədəli Abbasov 1964–1966-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd, 1966-cı ildən isə üzvü olmuşdur.
автодро́м богачи́ха занаво́зить за́поночка лесово́зный махро́во неограни́ченность отврати́тельный перепо́лнить соо́сно фрази́роваться вы́зреть подпеча́тывание упакова́ться bran-new gemmation hair icefloe malarial patent philatelical self-affirmation tri-state раскачивать сперматозоид